Xallar artsa da, mövqeyimiz dəyişmədi

Avrokuboklarda pley-ofda ilk görüşlərindən sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın konfrans liqasında “Aberdin”i (Şotlandiya) 1:0 məğlub etməsi, ölkəmizə 0.250 xal qazandırıb.

0,125 xalı isə, “Neftçi” İsrailin “Makkabi” (Hayfa) klubu ilə 3:3 hesablı heç-heçədən sonra qazanılıb.

Bununla da mövsüm ərzində Azərbaycanın topladığı xal sayı 1,875-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,500-ə çatıb. Əmsalda mövqeyi dəyişməsə də, 1 pillə geriləyən Sloveniya ilə xallarımız bərabərləşib. 

Hazırda Sloveniya və Azərbaycan 29-30-cu yerləri bölüşürlər. 31-ci pillədəki Slovakiya 14,000 xala malikdir. Xallarını 14,625-ə çatdıran Polşa 28-ci pilləyə yüksəlib.

Həmin kateqoriyadan