Xavidən antirekord

“Barselona” La liqanın 32-ci turunda səfərdə “Real”a 2:3 hesabı ilə uduzub.

Allsport.az xəbər verir ki, Xavi Kataloniya klubu tarixində el-klassikoda ardıcıl 4 məğlubiyyətə uğrayan ikinci məşqçi olub.

Sonuncu dəfə bu zolaq 1935-ci ildən 1940-cı ilə (müharibə dövrü) komandaya Patrik Okonnel tərəfindən başçılıq etdiyi zaman müşahidə olunub.

Xavi son 4 rəsmi oyunda “Real”a 4:13 (0:4, 1:2, 1:4, 2:3) hesabı ilə uduzub.

Həmin kateqoriyadan