- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Qarabağ”ın legionçusu Xayme Romero qitə liqasının pley-ofunda Şimali İrlandiyanın “Linfild” klubu üzərində qələbədən danışdı. Allsport.az saytı xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi çempionlar liqasına düşə bilmələrini bəxtsizliklə əlaqələndirdi:
“Çətin oyun oldu. Rəqib qapananda müdafiəni yarmaq asan olmur. Bəxtimiz gətirdi ki, erkən qol vurduq. 1:0 qalib gəlməyimiz onlar üçün heç nəyi dəyişmirdi. Düşünürdülər ki, vurduqları bir qol vəziyyəti dəyişəcək. Eyni cür oynamağa davam edirdilər. Onlar yalnız əks-hücuma güvənirdilər
“Qarabağ”a keçəndə, avrokuboklarda oynamaq istəyirdim. Çempionlar liqasında inamla irəlilədik. Davam edə bilərdik. APOEL ilə oyunda bəxtimiz gətirmədi. Hər halda, Avropa liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Buna haqq edirdik”.