- Baxış sayı: 62
- 18 Sentyabr 2026 23:57
- Baxış sayı: 123
- Sentyabr 17, 2026
- 0

Zlatko Daliçlə yolları ayıran Xorvatiya milli komandasının yeni baş məşqçisinin adı müəyyənləşib.
Allsport.az xəbər verir ki, federasiya bu posta Slaven Biliçin gətirildiyini açıqlayıb.
Razılaşmaya əsasən, 57 yaşlı mütəxəssislə 3 illik sözləşmə imzalanıb.
Biliç karyerası ərzində “Lokomotiv” (Moskva), “Beşiktaş”, “Vest Hem”, “Əl İttihad”, “Vest Bromviç”, “Beyjinq Qoan”, “Uotford”da çalışıb.