“Xoşbəxtik, amma iş hələ bitməyib”

Allsport.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real Sosyedad” üzərində qələbəni (2:0) şərh edib:

“Bəli, nəticədən razıyıq. Biz evdə qələbə qazanmaq istəyirdik – məqsəd bu idi. İndi qarşımızda daha bir oyun var. İndi xoşbəxtik, amma iş hələ bitməyib.

Çempionlar liqasındakı oyunda üstünlük qurmağın nə qədər çətin olduğunu bilirik, amma bu gün bunu bacardıq. İndi biz irəli getməyə, komanda şəklində işləməyə davam etməliyik. Biz ora qələbə qazanmaq və 1/4 finala yüksəlmək üçün gedəcəyik”.

Həmin kateqoriyadan