Xulen Lopeteqi: “Dinamo”da “Qarabağ”dan tanıdığımız Mahir Əmrəli var

“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi, Avropa liqasının 1/16 finalında “Dinamo” ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin hücum xəttindən danışarkən, Zaqreb klubunun yeni transferi Mahir Əmrəlini də xüsusi vurğulayıb:

“Biz “Dinamo”nun potensialına bələdik. Mislan Orşiçin bir il əvvəl “Tottenhem”lə oyunda het-trik etməsini xatırlayırıq. Təkcə Orşiç deyil, Petkoviç, Yuriç, “Qarabağ”dan tanıdığımız Mahir Əmrəli var. Bu hücumçuların böyük potensialı var.

“Dinamo”nun oyunu necə quracağına dair aydın təsəvvürlərimiz var. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərdi. Sabah hər şey daha da çətin olacaq”.

Bu gün “Dinamo” – “Sevilya” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandaların İspaniyada ilk görüşündə Zaqreb təmsilçisi 1:3 yenilib.

Həmin kateqoriyadan