“Yarımfinala yüksələ biləcəyimizə hamı inanırdı”

PSJ-nin hücumçusu Usman Dembele çempionlar liqasının 1/4 finalında “Barselona” üzərində qazanılan qələbəni (4:1) şərh edib.

Allsport.az xəbər verir ki, o, qələbəyə inandıqlarını bildirib:

“İlk görüşdə 2:3 hesabı ilə uduzsaq belə, yarımfinala yüksələ biləcəyimizə hamı inanırdı. Təslim olmadıq, qol vuracağımızı bilirdik.

Bütün həftə məşqçi ilə taktika üzərində işlədik. Onun taktikası mükəmməl idi. İlk qolu buraxdıqdan sonra da başımızı aşağı salmadıq. İnanmağa davam etdik. Bu çox vacibdir”.

Həmin kateqoriyadan