- Baxış sayı: 56
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Komo” rəhbərliyi UEFA çempionlar liqasındakı debüt oyunu ərəfəsində yaşlı azarkeşlər üçün diqqətçəkən addım atıb.
Allsport.az xəbər verir ki, “Leyptsiq”lə tarixi matça böyük maraq səbəbindən uzun illərdir komandaya dəstək verən bir sıra azarkeşlər bilet əldə edə bilməyib.
Bundan sonra klub rəhbərliyi özlərinə ayrılan biletlərdən imtina etmək qərarına gəlib. Hər rəhbər şəxs üçün nəzərdə tutulan dörd bilet 1950-ci il və daha əvvəl anadan olmuş azarkeşlərə təqdim edilib.
Nəticədə “Komo”nun çempionlar liqasındakı debüt matçını 40 ən sadiq yaşlı azarkeş VİP lojadan izləyəcək.