“Yaxşı nəticələrlə yolumuza davam etmək istəyirik”

“Yaxşı nəticələrlə yolumuza davam etmək istəyirik”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone çempionlar liqasında “Liverpul”a məğlubiyyəti şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“İlk hissədə yaxşı oynadıq, qol vurduq. Əlavə imkanlar da yaratmağı bacardıq. Lakin fasilədən sonra komandanın performansında eniş oldu. Bu, fiziki durumla bağlıdır.

Bu mövsüm çox qol buraxırıq. Komandamız yeni formalaşır və bəzən belə halların olması normaldır. Müəyyən detallar var ki, onları yaxşılaşdırmalıyıq.

Hələ birinci turdur. Qarşıda daha 7 oyunumuz var və yaxşı nəticələrlə yolumuza davam etmək istəyirik”.

Həmin kateqoriyadan