“Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”

“Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”

UEFA Avropa liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

“Hər iki komanda üçün çox vacib oyundur. İlk matç heç-heçə yekunlaşıb. Cavab qarşılaşmasında hər iki komanda qələbə qazanmaq istəyəcək. Rəqibin iddialı və həvəsli görünməsi bizi daha məsuliyyətli olmağa vadar edir. Demək olar ki, eyni səviyyəli komandalardır. İnanıram ki, azarkeşlər yaxşı oyun izləyəcəklər. Biz də yaxşı matçlarımızdan birini keçirməyə çalışacağıq. Qalib gəlmək istəyiriksə, Bakıdakından daha yaxşı oynamalıyıq”.

İyulun 30-da Vasil Levski adına milli stadionda keçiriləcək ÇSKA – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan