“Yenə də müdafiədə səhvlərə yol verdilər”

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku, konfrans liqasını tərk etməsini şərh edib. Allsport.az saytı xəbər verir ki, pley-ofun cavab oyununda Ukrayna klubu “Beşikdaş”a 0:1 hesabı ilə uduzub. İlk görüş Türkiyə təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı – 3:2.

“İki hissədə fərqli taktikalarımız oldu. Hesabı “Beşikdaş” açdı. Bundan sonra təcrübəli futbolçuları istədiyi nəticəni saxlayıb. Buraxılan qoldan sonra “Dinamo” akademiyasının yetirmələri olan futbolçularımız nəticə naminə hər şeyi verməli olsalar da, yenə də müdafiədə səhvlərə yol verdilər”, rumıniyalı mütəxəssis açıqlayıb.

Həmin kateqoriyadan