- Baxış sayı: 38
- 16 Oktyabr 2026 16:33
- Baxış sayı: 270
- Oktyabr 14, 2026
- 0

“Bavariya” çempionlar liqasının yeni mövsümünə inamlı qələbə ilə başlayıb.
Allsport.az xəbər verir ki, Münhen təmsilçisi əsas mərhələnin ilk turunda Norveçin “Budo-Qlimt” klubunu doğma meydanda 5:0 hesabı ilə məğlub edib.
Görüşdə “Bavariya”nın qapısını sona qədər Manuel Noyer qoruyub. 40 yaşlı qapıçı bununla da çempionlar liqası tarixində ən yaşlı alman futbolçu olub.
Noyer qarşılaşma zamanı 40 yaş 167 günlük olub. O, bu göstərici ilə həmyerlisi Yens Lemannın rekordunu geridə qoyub. Lemann çempionlar liqasında 40 yaş 127 günlük olarkən meydana çıxmışdı.