- Baxış sayı: 32
- 09 Noyabr 2026 19:53
- Baxış sayı: 142
- Noyabr 09, 2026
- 0

“Qəbələ” yeni mövsümə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Türkiyənin Bolu şəhərində təlim-məşqdə “qırmızı-qaralar” 7-ci günü başa vurublar.
Sənan Qurbanovun komandası 1 məşqlə kifayətlənib. Hazırlıq günün 2-ci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb.
Bərpa keçən Davit Volkov, həmçinin komandaya yeni qoşulan Klesio Bauk fərdi hazırlıqla kifayətləniblər.