“Yeni transferlər ola bilər”

“Qarabağ” çempionlar liqasının 1-ci seçməsinin cavab oyununda (ilk matç 2:1) Bakı olimpiya stadionunda Cəbəllürtariqin “Linkoln” klubunu 4:0 məyus etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh etdi:

“Rəqib məğlub olmaq istəmirdi. Sonadək oynadı. O üzdən futbolçularımız çox güc sərf etdilər. Layiqli qələbə qazandıq. Çox məmnunam.

Növbəti rəqib “Rakuv”dur. Bu klub fərqlidir, Polşa futbolunun fəlsəfəsindən kənardır. Türkiyədəson təlim-məşq zamanı bu rəqiblə qarşılaşmışıq və uduzmuşuq.

“Rakuv”u yenidən təhlil edəcəyik. 5-6 gün vaxtımız olacaq. “Rizəspor”un Kevin Medinanı istəməsi ciddidir. Görək sonu nə olacaq. Hazırkı durum qane edir.

Amma yeni transferlər ola bilər. Hər mövqedə – müdafiədə, yarımmüdafiədə və hücumda. Bir neçə futbolçunu xeyli vaxtdır izləyirik, söhbət aparırıq.

Hərçənd bizdən asılı olmayan səbəblər var. Elə olub ki, razılaşmışıq, biletini almışıq. Gözləmişik, gəlib tibbi müayinədən keçsin. Ancaq son anda fikrindən daşınıb”.

Həmin kateqoriyadan