- Baxış sayı: 58
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

Erve Renar Fildişi Sahili millisinin baş məşqçisi təyin olunub.
Allsport.az xəbər verir ki, fransalı mütəxəssis daha əvvəl də 2014/15-ci illərdə bu komandaya rəhbərlik edib.
O, məşqçilik karyerası ərzində Zambiya, Anqola, Mərakeş, Səudiyyə Ərəbistanı və Tunis yığmalarını da çalışdırıb. Klub səviyyəsində isə Fransa, İngiltərə, Vyetnam və Əlcəzair komandalarında fəaliyyət göstərib.
Fildişi Sahili millisi 2026-cı il dünya çempionatında 1/16 finala qədər irəliləyib və bu mərhələdə Norveçə 1:2 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Erve Renar Afrika millətlər kubokunun qalibi adını həm Zambiya, həm də Fildişi Sahili milliləri ilə qazanıb.