Yevgeni Zubeyko “Qəbələ”ni yox, “Tosno”nu seçdi

“Qəbələ”yə keçidi gündəmdə olan ukraynalı futbolçu Yevgeni Zubeykonun Azərbaycana gəlməyəcəyi dəqiqləşib. Allsport.az xəbər verir ki, o, bundan sonra Rusiyanın aşağı liqasında çıxış edən “Tosno”nun şərəfini qoruyacaq.

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında Odessa “Çernomorets”ində çıxış etmiş oyunçunun sözügedən mütəxəssisin ardınca bölgə klubuna keçəcəyi barədə xəbərlər dolaşırdı. Amma 25 yaşlı futbolçu artıq “Tosno”ya keçib və bu barədə klubun rəsmi saytı da məlumat yayıb.

Həmin kateqoriyadan