Yığma komandamız Serbiyadan məğlub qayıdır

Azərbaycan milli komandası bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

Allsport.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Serbiya yığmasıyla qarşılaşıb. “Rayko Mitiç” stadionunda keçirilən oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Azərbaycan yığması seçmə mərhələdə yer aldığı “A” qrupunda 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla liderdir.

DÇ-2022, seçmə mərhələ, 8-ci tur

A” qrupu

Serbiya – Azərbaycan 3:1
Qol: D.Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2.

Həmin kateqoriyadan