- Baxış sayı: 74
- 17 Sentyabr 2026 20:23
- Baxış sayı: 185
- Sentyabr 17, 2026
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının “C” qrupunda mübarizəni başa vurub.
Allsport.az xəbər verir ki, yığmamız bu gün sonuncu oyununu keçirib.
Komanda Niderland millisi ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə nəticələnib – 3:1.
Yığmamız 8 xalla qrup üçüncüsü olub və 1/8 finala vəsiqə qazanıb.