Yığmamız Yaponiya və Albaniya ilə eyni qrupda!

FİFA-nın sabiq vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, 2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə 18 komanda mübarizə aparacaq.

İştirakçılar hərəsində 3 komanda olmaqla, 6 qrupa bölünüb. 1997-cü il təvəllüdlülərin turnirinə qatılacaq Azərbaycan millisi F qrupunda Yaponiya və Albaniya ilə mübarizə aparacaq.

Bütün qrupların tərkibi isə aşağıdakı kimidi:

A qrupu: Rusiya, Litva, Moldova
B qrupu: Belarus, Estoniya, Latviya
C qrupu: Bolqarıstan, Sloveniya Qazaxıstan
D qrupu: Slovakiya, Sankt-Peterburq, Latviya-2
E qrupu: Moskva, Cənubi Koreya, Finlandiya
F qrupu: Yaponiya, Albaniya, AZƏRBAYCAN

Qeyd edək ki, turnirin oyunları Peterburq İdman Konsert Kompleksi və “Zenit” İdman Oyunları Sarayında keçiriləcək.

Həmin kateqoriyadan