Millimizin rəqibi özünə yeni baş məşqçi tapdı

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, sözügedən komandanı bundan sonra yerli mütəxəssis İvaylo Petev çalışdıracaq.

Qeyd edək ki, Bolqarıstan Futbol Federasiyası bir müddət öncə əvvəlki baş məşqçi Lyuboslav Penevi istefaya göndərmişdi. Həmin dövrdən etibarən BFF yeni məşqçi axtarışında idi. Nəhayət, onlar seçimi Petevin üzərində ediblər. “Ludoqorets”dəki uğurları ilə özündən söz etdirən, son olaraq Kiprin AEL klubunda çalışan bu məşqçi ilə 3 illik müqavilə imzalanıb. O, 2015-ci il yanvarın 1-dən etibarən yeni işinə rəsmən start verəcək.

Maraq üçün xatırladaq ki, Penev ötən yay “Qəbələ”nin baş məşqçi postuna da əsas namizəd idi. Amma son anda o, Kipr klubu ilə qarşılıqlı razılıq əsasında ayrıla bilməmiş və “Qəbələ” rəhbərliyi də seçimini rumıniyalı Dorinel Muntyanu üzərində etmişdi.

Həmin kateqoriyadan