- Baxış sayı: 29
- 24 İyun 2026 21:21
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0
Azərbaycanın U-19 yığmasının sabiq üzvü Cem Fələk karyerasını “Qalatasaray”da davam etdirə bilər. Allsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, artıq Super Liqa nəhəngi millimizin sabiq yarımmüdafiəçisi ilə ilkin razılıq əldə edib. Son olaraq Şotlandiyanın “Aberdin” klubunun gənclərdən ibarət komandasında forma geyən Cem hazırda azad agent statusunu daşıyır. Bu üzdən də “Qalatasaray” onu problemsiz heyətinə qata bilər.