- Baxış sayı: 9
- 25 İyun 2026 00:00
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 4-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Rödinqhauzen”lə qarşılaşıb. Görüş futbolçumuzun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 5 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.