- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Neftçi”nin müdafiəçisi Mamadu Mboc çempionlar liqasının 2-ci mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, seneqallı futbolçu mətbuat konfransında bunu söyləyib:
“Bura nə üçün gəldiyimizi bilirik. Oyuna yaxşı hazırlaşmışıq. Sabah uğurlu oyun sərgiləməyə çalışacağıq. “Olimpiakos”la oyuna çox yaxşı hazırlaşmışıq. Əvvəllər gördüyünüzdən daha yaxşı Mbodj görəcəksiniz. İnanıram ki, sabah yenə sinəmdə Babakarın fotosunu görəcəksiniz. Yeni transferlərimiz də var. İnanıram ki, onlar bizim gücümüzə güc qatacaqlar. Hər ikisini salamlayıram”.