“Yunayted”dən ayrılır?

“Yunayted”dən ayrılır?

“Yuventus”, “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzenin transferini başa çatdırmağa yaxındır.

Allsport.az xəbər verir ki, tərəflər futbolçunun 2026/2027-ci illər mövsümünün sonunadək icarəsi ilə bağlı danışıqların yekun mərhələsinə çatıb.

Məlumata görə, Turin klubu mövsümün sonunda 25 yaşlı niderlandlı hücumçunun transfer hüquqlarını təxminən 20 milyon avroya almaq imkanına da sahib olacaq.

Zirkze 2024-cü ilin iyulundan “Mançester Yunayted”in formasını geyinir. Onun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 26 oyunda meydana çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan