- Baxış sayı: 37
- 23 İyun 2026 15:47
- Baxış sayı: 209
- İyun 23, 2026
- 0
“Xəzər Lənkəran”da yeni təyinat rəsmiləşib. Allsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan futbolunun tanınmış simalarından biri, futbol veteranı, PRO kateqoriyalı məşqçi Yunis Hüseynov yenidən Lənkəran klubunda çalışacaq.
49 yaşlı mütəxəssis “ağ-yaşıllar”ın idman direktoru vəzifəsinə təyin olunub. Hüseynov bu gün klub prezidenti tərəfindən klub nümayəndələri və komanda üzvlərinə təqdim edilib.
Qeyd edək ki, Hüseynov bundan öncə də cənub klubunda işləyib. O, 2012/2013-cü illərdə “gəmiqayıranlar”ın baş məşqçisi vəzifəsində çalışıb.