Yuri Tilemans: “Qarabağ”dan qisasımızı aldıq”

Belçikanın “Anderlext” klubunun yarımmüdafiəçisi Yuri Tilemans Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, yerli mətbuata açıqlamasında 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

“Qələbə qazandığımız üçün çox şadam. Çünki bu qələbə bizim pley-offa çıxmağımıza kömək etdi. Sona qədər döyüşdük. Hətta “Qarabağ”a 1:0 hesabıyla öndə olarkən də ruhdan düşmədik və istəyimizə çatdıq. Fasilədə “Tottenhem”in “Monako”ya böyük hesabla qalib gəldiyini öyrənəndən sonra sakitləşdik. Üstəlik, biz “Qarabağ”a Bakıdakı məğlubiyyətin də əvəzini çıxmış olduq. Hər şeydən önəmli olan isə Avropa Liqasında mübarizəni davam etdirməyimizdir. Ümid edirəm ki, növbəti mərhələdə münasib rəqiblə düşəcəyik”.

Həmin kateqoriyadan