“Zəfər” turnirini “Səbail” qazandı

“Zəfər” turnirini “Səbail” qazandı

AFFA, PFL və premyer liqa klublarının əməkdaşlarından təşkil olunan “Zəfər” turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, lk yarımfinal oyununda “Turan Tovuz” üzərində 5:2 hesablı qələbə qazanan “Neftçi” finala vəsiqə qazanıb.

Digər qarşılaşmasında “Səbail” PFL-i 2:1 hesabı ilə məğlub edib. Həlledici qarşılaşmada “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Səbail” III “Zəfər” turnirinin qalibi olub. PFL isə “Turan Tovuz”u 8:4 hesabı ilə məğlub edərək 3-cü olub.

Qalib komandaya kuboku AFFA-nın baş katibi Sərxan Hacıyev və Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov birlikdə təqdim edib.

Həmin kateqoriyadan