- Baxış sayı: 40
- 09 Avqust 2026 13:24
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

Dünən Zaqatalada futbolçu ölümü qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionda çıxış edən bu rayonun eyni adlı klubunun nigeriyalı legionçusu Maykl Umanyika məşq zamanı qəfildən dünyasını dəyişib. Artıq AFFA hadisə ilə bağlı başsağlığı verib. Orada deyilir:
“Azərbaycan Futbol Federasiyaları Assosoiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından “Zaqatala”ya komandanın futbolçusu Maykl Umanyikanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun yaxınlarına səbr diləyir”.