Zaur Svanadze: “Hələlik mərhələ keçdiyimizi demək olmaz”

Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze Avropa liqasının 1-ci təsnifatında Serbiyada yerli “Mladost”a qarşı ilk oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, gürcü mütəxəssis 3:0 hesablı qələbədən sonra bunu deyib:

“Çox vacib oyunda qalib gəldik. Bu, yaxşı haldır. Nəticə də qənaətbəxşdir. Amma hələ bizi qarşıda cavab görüşü gözləyir. Bunu unutmayaq. Rəqib də çox yaxşı komandadı. Arxayınlaşa bilmərik. “Mladost”un da az şansı olmadı.

Hər şey Bakıda həll olunacaq. Hələlik mərhələ keçdiyimizi demək olmaz”. Qeyd edək ki, iyunun 6-da Bakıda “Dalğa Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.

Həmin kateqoriyadan