Zaur Svanadze: Toplanış barədə ümumi qiymət müsbətdir

“İnter”in baş məşqçisi Zaur Svanadze Türkiyədəki təlim-məşq toplanışında Rumıniyanın “Viitorul” klubuna qarşı keçirdikləri yoxlama matçını şərh edib. Allsport.az saytı xəbər verir ki, “ağlar”ın gürcüstanlı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra həm matç barədə fikirlərini açıqlayıb, həm də ümumilikdə toplanışı qiymətləndirib:

“Bu gün keçirdiyimiz oyun Avropa liqası matçları ərəfəsində başlıca repetisiya idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik.

Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər. Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik. Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik”. – See

Həmin kateqoriyadan