- Baxış sayı: 36
- 07 Avqust 2026 23:41
- Baxış sayı: 196
- Avqust 05, 2026
- 0

Əlcəzair millisinin qapıçısı Luka Zidanın yeni klubu müəyyənləşib.
Allsport.az xəbər verir ki, 28 yaşlı qolkiper İspaniyanın “Leqanes” komandası ilə müqavilə imzalayıb.
Tərəflər arasında anlaşma “1+1” formatında nəzərdə tutulub.
Zidan bundan əvvəl “Qranada”da çıxış edib. O, klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək azad agent statusu qazanıb və “Leqanes”ə keçib.
Luka Zidan məşhur fransalı futbolçu və məşqçi Zinəddin Zidanın oğludur. Əlcəzair yığmasının formasını geyinən qapıçı milli komandada 10 oyunda iştirak edib.