“Zirə” 60-cı dəfə

“Zirə” premyer liqasında uğurlu seriyalarını 3 oyuna çatdırıb. Allsport.az saytı xəbər verir ki, “Səbail” (2:0) və “Neftçi” (0:0) ilə əvvəlki iki turun matçlarında qol buraxmayan “qartallar” Sumqayıt səfərindən də xalla dönüb. 18-ci turda rəqib meydanında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradan komanda ardıcıl 3 oyundur məğlubiyyət və buraxılan qol görmür.

Bu quru seriya nəticəsində “ qartallar” tarixində belə oyunların sayı yubiley həddinə çatıb. İndiyədək 156 rəsmi matça çıxan “Zirə” 60-cı dəfə meydanı qol buraxmadan tərk edib. Bu quru oyunların 38-si premyer liqa, 16-sı 1-ci divizion, 4-ü Azərbaycan kuboku, 2-si Avropa liqasına təsadüf edib.

Həmin kateqoriyadan