- Baxış sayı: 31
- 24 İyun 2026 03:46
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Zirə” Avropa liqasının ilk təsnifatına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib. Allsport.az saytı xəbər verir ki, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.
O, ölkəsində “İnternasional”, “Panduri”, “Styaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib.
Qabriel Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.