- Baxış sayı: 50
- 24 İyun 2026 04:55
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Zirə”nin konfrans liqasının 2-ci təsnifatında rəqibi “Makkabi” (Təl-Əviv) Avi Rikanla yeni müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə daha 1 il anlaşılıb. İsrailli futbolçu 2015-ci ildən paytaxt klubunda oynayır.
“Zirə” və “Makkabi” arasında iyulun 21-i “Dalğa arena”da ilk görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdə “Blumfild” stadionunda cavab oyunu isə Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.