“Zirvə” oyunlarının mahir nişançıları

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarında atıcılıq və kamandan oxatma keçirilib. Allsport.az saytı xəbər verir ki, AAAF parkın xüsusi təchiz olunmuş zallarında debüt edən hər 2 növdə yetərincə maraqlı alınıb. İlk öncə atıcılar mübarizəyə qoşuldular.

Tapança və tüfəngdən 10 metr məsafəyə atış üzrə yarışçılar öz yerlərini tutdular. Sərrast atıcılar hədəfi ən doğru nişan alaraq məharətlərini nümayiş etdirdilər. Oğlanlarda Cəfər Sultanlı, qızlarda isə Xanna Əliyeva hamıdan dəqiq olduqlarını sübut edərək qızıl medala sahib çıxdılar.

Kamandan oxatma yarışı da baxımlı alındı. Öz “silah”larından çox dəqiq yararlanan yeniyetmə idmançılar böyük perspektiv vəd etdiklərini göstərə bildilər. Onların gələcəkdə ölkəmizi daha böyük beynəlxalq yarışlarda layiqli təmsil etmə şansları böyükdür. Qızlarda Aytən Hüseynzadə, oğlanlarda isə Əli Süleymanov çempion adını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib və mükafatçılarıa medal, sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan