“Zirvədə olmaq nə qədər sevindiricidirsə, o qədər də çətin və məsuliyyətlidir”

“Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski “Sabah”la oyundan (2:0) sonra müsahibə verib. Allsport.az saytı xəbər verir ki, qol və qələbə sevincini gizlətməyən xorvatiyalı futbolçu liderliyi qorumağın yolunu da göstərib.

Oyun haqda nə deyə bilərsiz?
– Asan olmadı. Xüsusilə komandamız azlıqda qalandan sonra çox çətin oldu.

– Erkən qoldan sonra qələbənin böyük hesablı olacağını təxmin etmək olardı?
– Deməzdim. Qarşımızda yaxşı bir rəqib var idi. Başa düşürdük ki, ikinci qolu vurmaq lazımdır. Məhz ondan sonra, demək olar, rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik.

– Oyun ərzində ən çətin məqam hansı oldu?
– Dediyim kimi, 1-ci qoldan sonra oyuna nəzarəti saxlamaq. İkinci qolu vurmaq üçün imkanlarımız olsa belə, birinci hissədə bunlardan yararlana bilmədik.

Mövsümdə 2-ci qolu vurdunuz…
– Bəli, bu qolum birincidən fərqli olaraq o qədər effektli alınmadı, amma effektiv oldu. Qol vurduğum üçün şadam. Amma əsas odur ki, bu gün nə qədər güclü olduğumuzu göstərdik. Azlıqda qalsaq da, hesabı qoruyub saxlaya bildik.

– İlk dövrədən sonra birinci yerdəyik. Sizcə, liderliyi necə qorumalıyıq?
– Hər oyuna köklənib, hazır olmalıyıq. Zirvədə olmaq nə qədər sevindiricidirsə, o qədər də çətin və məsuliyyətlidir. Hər matçda yaxşı oyun göstərib, azarkeşlərimizin də dəstəyi ilə liderliyimizi qorumalıyıq.

Həmin kateqoriyadan