- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çempionlar liqasının II təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Şerif” matçından (2:1) sonra təşkil olunan mətbuat konfransında Moldova klubunun baş məşqçisi Zoran Zekiç fikrini bölüşüb. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis məğlubiyyəti şərh edib:
“Oyundan əvvəl “A” və “B” planlarımızın olduğunu dedim. İlk səhv penalti ilə nəticələndi və ardınca oyunçumuz qırmızı vərəqə aldı. 2-3 qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. “Qarabağ”ın çempionlar liqasının qrupuna düşməsini arzulayıram”.