27-ci spartakiadanın stolüstü tennis yarışı başa çatıb

Dünən Nərimanov rayonu ərazisində yerləşən 258 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən XXVII spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə yarışın final mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, turnirdə 11 rayon komandası tərkibində 55 nəfər (22 qız) iştirak ediblər. Qalib adını Nərimanov rayonu 258 nömrəli, 2-ci yeri Xəzər rayonu 183 nömrəli tam orta məktəbin komandaları və 3-cü sıranı Yasamal rayonu Akademik Zərifə Əliyeva adına liseyin kollektivi tutub.

Yarışın bağlanışda BŞGİBİ-nin baş məsləhətçisi Salman Əbdülov ilə BŞTİ-nin məsul əməkdaşı Valentina Sultanova və digərləri qaliblərə uğurlar arzulayıb, tədbir iştirakçılarını qarşıdan gələn “31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni – 2015-ci il”in gəlişi münasibətilə təbrik ediblər. Tədbirdə, həmçinin, Bakı-2015-ə stolüstü tennis növündə vəsiqə qazanmış yeganə paytaxt məktəblisi Nurlan Həsənova müvəffəqiyyətlər arzulanıb. Fərqlənənlər hər 2 təşkilat tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Həmin kateqoriyadan