Stolüstü tennisçilərimiz seçkilərdə

Fevralın 7-si növbədənkənar Azərbaycan respublikası prezidenti seçkiləri günüdür.

Allsport.az xəbər verir ki, idman ictimaiyyətinin nümayəndələri hətta ölkədən kənarda da seçkilərdə fəal iştirak edirlər. Buna stolüstü tennisçilərimizi misal çəkmək olar. Milli komandanın Qazaxıstanda təlim-məşq toplanışında olan üzvləri də vətəndaşlıq borcunu yerinə yetiriblər.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə 5 idmançı – Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev və Nihad Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan respublikasındakı səfirliyinin Almatı şəhərindəki nümayəndəliyində təşkil edilən səsverməyə qatılıblar.

Həmin kateqoriyadan