Stolüstü tennisçilərimiz beynəlxalq yarışda

Allsport.az xəbər verir ki, seçmə komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa gənclər seriyası turnirində mübarizə aparacaq. Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək idmançıların, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançıların yarışında bacarığını göstərəcək. Bu gün başlanan beynəlxalq turnirə fevralın 25-də yekun vurulacaq.

Həmin kateqoriyadan