- Baxış sayı: 121
- 16 Sentyabr 2026 17:38
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Stolüstü tennis üzrə Azərbaycan millisi daha bir beynəlxalq yarışda mübarizə aparacaq.
Allsport.az xəbər verir ki, yığma dünya seriyalı “VTT Youth Contender” turnirinə qatılacaq.
Əlcəzairdə təşkil olunacaq yarışda 8 idmançı bacarığını göstərəcək. Məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli bu gün Afrikaya yollanıb.
Sabah start veriləcək yarışa martın 2-də yekun vurulacaq.