Ölkə turniri başa çatdı

Veteran stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub.

Allsport.az xəbər verir ki, “Şüa idman kompleksi”ndə təşkil olunan yarışda 60-a yaxın iştirakçı bacarığını göstərib. Qadınlar 1, kişilər isə 4 yaş qrupu üzrə qalib və mükafatçıları müəyyənləşdiriblər.

Maraqlı idman mübarizəsinin nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova bütün rəqiblərini üstələyib. Kişilərin yarışlarında isə, Mahir Cəbiyev, Elşad Vahidov, Əsgərqulu Heydərli və Səxavət Heydərov baş mükafata layiq görülüb. Fəxri kürsüyə qalxan iştirakçılara Azərbaycan stolüstü tennis federasiyasının diplom və hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan