Azərbaycan kubokunun qalibləri

Stolüstü tennis üzrə Azərbaycan kubokuna yekun vurulub. 

Allsport.az xəbər verir ki, 2005-2008-ci illər, 2009-cu il və ondan kiçik təvəllüdlü idmançıların qatıldığı mübarizədə iştirakçılar şəxsi, qoşa, qarışıq-qoşa və komanda növləri üzrə bacarıqlarını göstəriblər. 

2005-2008-ci il təvəllüdlü oğlan və qızların komanda yarışları Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Şəxsi mübarizədən Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıb. 

Qoşa yarışlarda Mərziyyə Nurmətova – Arzu Aslanova, Adil Əhmədzadə – Rüstəm Hacılı tandemi, qarışıq-qoşa turnirdə isə Mərziyyə Nurmətova – Adil Əhmədzadə dueti qalib gəlib.

Həmin kateqoriyadan