Heydər Əliyevin xatirəsinə stolüstü tennis turniri

Stolüstü tennisçilər Heydər Əliyev ilinə həsr olunan TOP-8 turnirində bacarıqlarını göstəriblər.

Allsport.az xəbər verir ki, “Şüa idman kompleksi”ndə keçirilən ənənəvi yarışda Azərbaycan çempionatında ilk 8 yeri tutan idmançılar mübarizə aparıblar. Kişilərin turniri Adil Əhmədzadənin qələbəsi ilə nəticələnib. O, finalda Hilal Həsənovu məğlub edərək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Nihad Məmmədov 3-cü yeri tutub.

Qadınların final görüşündə Ləman Abdulhəmidovaya qalib gələn Məryəm İmanova baş mükafata layiq görülüb. Mərziyyə Nurmətova 3-cü pillədə qərarlaşıb.

Fərqlənən idmançılara Azərbaycan stolüstü tennis federasiyasının diplom və mükafatları təqdim olunub.

Həmin kateqoriyadan