Tennisçimizdən Xorvatiyada medal

Azərbaycan millisinin stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb.

Allsport.az xəbər verir ki, o, Xorvatiyanın Osiyek şəhərində keçirilən “Avropa gənclər seriyası” turnirində üçüncü yeri tutub.

Məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılan Quluzadə Xorvatiya, Macarıstan və Avstriya təmsilçiləri ilə qrup mübarizəsindən lider kimi ayrılıb. Ardınca Polşa və İsveçrə idmançılarına da qalib gələn stolüstü tennisçimiz finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə uduzaraq bürünc medala layiq görülüb.

Qeyd edək ki, Quluzadə Osiyekdə 13 yaşadək idmançılar arasında mübarizə aparıb.

Həmin kateqoriyadan