Stolüstü tennisçilərimiz Çinə yollandılar

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.

Allsport.az xəbər verir ki, 13 yaşadək idmançılardan ibarət yığması bu məqsədlə Çinə yollanıblar.

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunar Bağırov, Onur Quluzadə, Şakir Qədirov, Şəbnəm Mansurova, Yağmur Məmmədli və Banu Baytallı Şanxay şəhərində yerləşən milli stolüstü tennis akademiyasında ustalıq səviyyəsini artıracaq.

Qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına yanvarın 24-də yekun vurulacaq.

Həmin kateqoriyadan