Millimiz beynəlxalq turnirdə

Stolüstü tennis üzrə Azərbaycan millisi daha bir beynəlxalq yarışda iştirak edəcək.

Allsport.az xəbər verir ki, yığma bu dəfə Türkiyədə keçiriləcək “Avropa gənclər seriyası” turnirində mübarizə aparacaq.

Turkiyənin Nevşehir şəhərində təşkil olunan yarışda məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək idmançılar, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançılar arasında bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla, Xəyalə Qiyasova turnirin oyunlarını idarə edəcək.

Martın 13-də start veriləcək yarışa martın 17-də yekun vurulacaq.

Həmin kateqoriyadan