Əfqan Talıbov tovuzluları aldadıb

Əfqan Talıbovun “Turan Tovuz”un baş məşqçisi təyin olunması ilə bağlı məlumat vermişdik. Allsport.az xəbər verir ki, bunu klubun mətbuat хidməti də təsdiqləmişdi.

Lakin Talıbovun “Qaradağ Lökbatan”da istefaya göndərilən Adil Mahmudovu əvəzləməsi barədə хəbər yayılıb. Fanat.az saytına açıqlama verən Tovuz klubunun mətbuat katibi Süleyman Tağıyev Talıbovun onlarla anlaşandan sonra “Qaradağ Lökbatan”a üz tutduğunu təsdiqləyib:

“Klub rəhbərliyi ilə Əfqan Talıbov arasında razılıq əldə olunub. Onun baş məşqçi kimi “Turan Tovuz”a təyinatı da rəsmiləşmişdi. “Qaradağ Lökbatan”la anlaşdığını biz də mətbuatdan oxumuşuq. Niyə belə qərar verdiyi isə bizə də qaranlıq qalıb. Hər halda özü buna aydınlıq gətirsə, daha yaxşı olar”.

Həmin kateqoriyadan