“Ən yaxşı qol imkanı yaratdığımız oyun oldu”

Premyer liqanın 28-ci turunda “Turan Tovuz” səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyun haqda danışıb:

“Stresli oyun gözləyirdik. Elə də oldu. Qalib gələ bilsəydik bir pillə irəli çıxa bilərdik. Məğlub olsaydıq da rəqibin böyük üstünlüyü olacaqdı. Oyun baxımından futbolçularımdan razı qaldım. Sona qədər dinamikanı saxlaya bildik. Gözləmədiyimiz halda müdafiədə səhv etdik. Rəqib də bundan istifadə etdi. Ondan sonra hücumlarda olduq. Qapıçı bir neçə epizodda yaxşı oynadı. Bəlkə də ən yaxşı qol imkanı yaratdığımız oyun oldu. İkinci qolu vurmaq üçün hücumlarımızın sonluğu çatmadı. Şansımız var. Bundan sonrakı oyunlar da çətin keçəcək. Davam etməliyik. Əsas odur ki, səfərdə oynamağımıza baxmayaraq futbolçularım inamlıdırlar, inamlı çıxış etdilər. Amma qalib gəlmək üçün yetərli olmadı. Demək ki, bir qədər də artırmalıyıq. Futbolçularıma da bildirdim ki, inşallah gələn oyunlarda bunun bəhrəsini görəcəyik”.

Həmin kateqoriyadan