Əsgər həmkarımız Ağdamın azad olunması şərəfinə “Qarabağ”ı belə təbrik etdi

Sentyabrın 27-də Ermənistan qoşunlarının hücumu nəticəsində Qarabağda savaş başladı. Allsport.az saytı xəbər verir ki, əks həmlə sayəsində düşmən geri oturduldu, işğal olunmuş ərazilərimizin böyük hissəsi azad olundu.

2-ci Vətən müharibəsində döyüşə çağırılan vətəndaşlarımızdan biri də həmkarımız Mehman Əşrəfovdur (Şəkildə soldan 2-ci). O, İsmayıllının Cülyan kəndindəndir. Bakı dövlət univerditetinin jurnalistika fakultəsində qiyabi təhsil alır və sportal.az saytının əməkdaşıdır.

Hazırda ön cəbhədə, Qubadlıda vəzifəsini yerinə yetirən 25 yaşlı yazar, “Qarabağ”ı özünəməxsus təbrik edib. Onun təşəbbüsü ilə əsgər yoldaşları bu gün Ağdamın terrorçulardan azad olunmasının şərəfinə klubun adı yazılmış vərəqlər nümayiş etdiriblər.

Həmin kateqoriyadan